Sosial media
"Ermənistan və onun havadarları müharibənin belə hüququna sığmayan qətliamçı şəbəkə kimi davranırlar. Bu hücumlar və qətliamlar cəzasız qalmayacaq. Ermənistan insanlığa qarşı cinayət törədib. Ermənistan insanlıq və hüquq qarşısında mühakimə edilməlidir."
Bu fikirlər Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin "Tvitter" hesabındakı paylaşımında yer alıb.
Ömər Çəlik "Tvitter" hesabındakı növbəti paylaşımında qeyd edib:
"Prezidentimizin daim dediyi “Azərbaycanlı qardaşlarımızın yanında olacağıq” ifadəsi ilə “Bir millət, iki dövlət” olaraq azərbaycanlı qardaşlarımızın hüquqlarını sonadək müdafiə edəcəyik”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.