Sosial media
"Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir. Terrorun bütün formalarını qınayır və hər kəsdən eyni münasibəti gözləyirik."
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu fikirləri Avropa Komissiyasının 130-cu toplantısındakı çıxışında ifadə edib və özünün rəsmi “Tvitter” səhifəsində bu barədə türk və ingilis dillərində paylaşım edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.