08
Noyabr

8 Noyabr

Orduya dəstək

Gənclər və İdman Nazirliyi Şuşanın işğaldan azad olunması ilə bağlı poster və videoçarx hazırlayıb

Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşa işğaldan azad olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlik və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi bu münasibətlə xalqımızı təbrik edir və ordumuza yeni zəfərlər arzulayır.

Qurum bununla bağlı "Vətən torpağı Şuşa" adlı poster və videoçarx hazırlayıb.

Videoçarxda "Bu gün ömrümüzün Şuşa günüdür", "Bu gün can yerinə Şuşa deyirik", "Qarşıla sən bizi, qarşıla, Vətən" və "Bitir həsrətimiz, sənə dönürük" kimi ifadələr yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.