Orduya dəstək
İstanbulda Çamlıca qülləsi Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb
Türkiyədən Azərbaycana daha bir dəstək nümayiş etdirilib.
İstanbulda yeni tikilmiş Çamlıca qülləsi Azərbaycan və Türkiyə bayraqlarının rəngləri ilə işıqlandırılıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.