Xarici İşlər Nazirliyi
Nazir Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
Oktyabrın 30-da Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.
Görüş zamanı nazir Azərbaycanın mövqeyi barədə məlumat verərək, Ermənistanın destruktiv əməlləri, mülki şəxslərin və yaşayış məntəqələrinin hədəfə alındığı, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi və müharibə cinayətlərinin törədildiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Daha sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüş başlayıb. Görüş hazırda davam edir.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.