04
Noyabr

4 Noyabr

Orduya dəstək

Stokholm və Yöteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib

İsveçin Stokholm və Yöteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib.

İşğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz etmək istəyən azərbaycanlılar sosial media üzərindən təşkilatlanaraq avtoyürüş keçiriblər.

Üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Yöteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib. Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etməkdir.

Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.