Orduya dəstək
Silahlı Qüvvələrimizə yardım davam edir
Azərbaycan Ordusunun cəbhədə qazandığı ardıcıl uğurlar respublikamızın bütün bölgələrində sakinlər tərəfindən hədsiz sevinc, qürur hissi ilə qarşılanır, ayrı-ayrı kollektivlər cəbhəyə öz yardımlarını əsirgəmir.
Kürdəmir rayonundan da ordumuza yardım davam etməkdədir. Belə ki, Kürdəmir Regional Mədəniyyət Mərkəzindən Silahlı Qüvvələrə Yardım Fonduna 13 min manat vəsait köçürülüb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.