04
Noyabr

4 Noyabr

Orduya dəstək

Tariximizi yenidən yazırıq!

“AzerGold” QSC Qarabağ müharibəsinə dair hərbi-vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb.

QSC-dən bildirilib ki, videoçarxda müasir Azərbaycan tarixinin qısa epoxası – Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin 1991-ci ildə müstəqilliyə qovuşması və nəhayət 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət bədii üslubda təsvir olunur. “Tariximizi yenidən yazırıq!” şüarını ehtiva edən videoçarx Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımıza ithaf olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.