Orduya dəstək
Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız Azərbaycana dəstək nümayiş etdiriblər
Gürcüstanın Qaraçöp mahalında yaşayan soydaşlarımız hər zaman ölkəmizin və xalqımızın yanında olduqlarını bəyan ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Vətən müharibəsi aparan Azərbaycan dövlətinə və ordusuna dəstək olaraq, Qaraçöp sakinlərinin təşəbbüsü ilə ölkəmizə 600 başadək xırdabuynuzlu heyvan göndərilib. Sakinlər xırdabuynuzlu heyvanları yük avtomobilləri ilə ölkəmizə yola salıblar.
Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq müxtəlif ölkələrdə yaşayan hər bir soydaşımız fərqli platformalarda dəstək göstərərək, tariximizin şanlı səhifəsini yazan ölkəmizin yanında olduqlarını bəyan edirlər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.