31
Oktyabr

31 Oktyabr

Orduya dəstək

Şotlandiyada erməni terroruna qarşı etiraz aksiyası keçirilib

Şotlandiyanın Aberdin şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində yerləşən Saint Nicholas kilsəsinin qarşısında icazəli aksiya keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

Aberdin şəhərində təhsil alan gənclərin və Azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Həmvətənlərimiz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsilə Bərdə şəhərinin dinc əhalisini hədəf alınmasına biganə qalmamağa səsləyib. Aksiyada Gəncə və Bərdə terrorunun qurbanlarının xatirəsi yad edilib. Müxtəlif dillərdə “Qarabağ Azərbaycandır “Uşaq ölümünə son”, “Erməni terrorçuluğuna son!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.