31
Oktyabr

31 Oktyabr

Orduya dəstək

Kanadada xalqımızla həmrəylik aksiyası keçirilib

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Hamımız Azərbaycanın yanındayıq!” şüarı ilə həmrəylik aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ontario əyalətində, parlament binasının qarşısında Torontoda yaşayan azərbaycanlı qadınlarının iştirakı ilə təşkil olunan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, məsum uşaqları qəsdən hədəfə alaraq qətlə yetirməsi kəskin pislənilib. Aksiya iştirakçıları əllərində “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə son!”, “Gəncə üçün dua et!”, “Erməni terroruna son!”, “Bərdə şəhəri münaqişə zonasından kənardadır!” kimi şüarlar yazılmış plakatlar daşıyıblar. Gəncə və Bərdə terrorunun qurbanlarının fotolarının önünə güllər düzülüb, şamlar yandırılıb.

Sonda Ontariodakı azərbaycanlı analar adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalətinin Parlamentinin üzvü Ted Arnota təqdim edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.