31
Oktyabr

31 Oktyabr

Orduya dəstək

İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirildi

Türkiyənin İstanbul şəhərində İstanbul Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.

“Kadıköy İskele” meydanında Mustafa Kamal Atatürkün heykəli önündə keçirilən aksiya zamanı Azərbaycan icması ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Təbdirdə çıxış edən Mədəniyyət evinin rəhbəri Hikmət Elp və digərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı ədalətli mübarizəsini dəstəklədiklərini bildirib, işğalçı

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarını pisləyiblər. Aksiyada Qarabağ həqiqətlərindən bəhs edən “Məzar daşı” adlı kitab paylanılıb.

Azərbaycan və Türkiyənin bayrağının dalğalandırıldığı tədbirdə “Ya Qarabağ, ya ölüm” şeiri və “Can Azərbaycan”, “Qardaş səninləyik” kimi şüarlar səsləndirilib.

Aksiyanın sonunda tədbir iştirakçıları Azərbaycanın yanında olduqlarını və erməni təcavüzünü, erməni terrorunu kəskin qınadıqlarını bildirib, dünya birliyindən ədalətli mövqe nümayiş etdirməyi tələb edən bəyanat qəbul ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.