29
Oktyabr

29 Oktyabr

Orduya dəstək

Ştutqart şəhərində yaşayan azərbaycanlılar xalqımıza dəstək aksiyası keçiriblər

Аlmaniyanın Ştutqart şəhərində yaşayan azərbaycanlılar şəhərin mərkəzində dinc aksiya keçiriblər.

Aksiya Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına, Gəncə şəhərində mülki vətəndaşlarımıza qarşı törədilən müharibə cinayətlərinə etiraz olaraq və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə dəstək məqsədilə keçirilib.

Məqsəd bu hadisələrlə bağlı alman ictimaiyyətini daha yaxşı məlumatlandırmaq, digər dövlətlərin işğala və mülki şəxslərin bombalanmasına biganə qalmamağa, KİV-ləri bu hadisələri obyektiv işıqlandırmağa çağırmaq olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.