Cəbhə xəbərləri
Sentyabrın 30-da 17:30-dək düşmənin 30 döyüş texnikası məhv edilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sentyabrın 30-da saat 17:30-dək düşmənin məhv edilən döyüş texnikasının sayını açıqlayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələrinin 4 ədəd “D-20” haubitsa-topu, 16 tankı, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə birlikdə 2 yük maşını məhv edilərək sıradan çıxarılıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.