30
Sentyabr

30 Sentyabr

Cəbhə xəbərləri

Ermənistanın tankları məhv edilib

Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankını məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik düşmən tanklarının məhv edilməsi ilə bağlı görüntüləri paylaşıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.