30
Sentyabr

30 Sentyabr

Cəbhə xəbərləri

Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları məhv edilib 

Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti düşmən toplarının məhv edilməsi ilə bağlı görüntüləri paylaşıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.