30
Sentyabr

30 Sentyabr

Cəbhə xəbərləri

Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir

Müdafiə Nazirliyinin mətbuat xidmətinin təqdim etdiyi videoda ordumuzun bölmələrinin düşmən mövqelərinə sarsıdıcı artilleriya zərbələri endirməsi görüntüləri yer alıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.