27
Sentyabr

27 Sentyabr

Cəbhə xəbərləri

Erməni tərəfi itkilərini açıqlamağa başlayıb

Ermənistanın “Aysor.am” saytında məlumata görə, separatçı Dağlıq Qarabağ rejiminin “Təhlükəsizlik Şurasının katibi” Samvel Babayan döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin 10 hərbçisinin öldüyünü bildirib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.