Baş Prokurorluq
Baş Prokurorluq tərəfindən "Gəncə - optimist şəhərdir" mövzusunda altı dildə növbəti video hazırlanıb
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən Ermənistanın təcavüzü nəticəsində çoxsaylı itkilərə məruz qalmış Gəncə şəhər sakinlərinin baş vermiş hadisələrə baxmayaraq yenə də yüksək əhval ruhiyyədə olmalarına, Ordumuzun yeni qələbə xəbərlərini səbrsizliklə gözləmələrinə həsr olunmuş fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti video hazırlanıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.