15
Oktyabr

15 Oktyabr

Xarici İşlər Nazirliyi

Çexiyanın Xarici İşlər naziri Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə məlumatlandırılıb

Oktyabrın 15-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının Xarici İşlər naziri Tomas Petriçek arasında telefon danışığı olub.

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov çexiyalı həmkarına Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi barədə məlumat verib. Münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturun məqsədyönlü şəkildə atəşə tutulması, Gəncəyə raket hücumu və onun ağır nəticələri Çexiya Xarici İşlər nazirinin diqqətinə çatdırılıb. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 43 mülki şəxsin həlak olduğu və 218 mülki şəxsin yaralandığı vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin həmsöhbətinə Ermənistanın Azərbaycan mülki vətəndaşlarına və infrastrukturlarına qarşı növbəti raket hücumlarının qarşısının alındığı barədə məlumat verib, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində hərəkət etdiyini bildirib. Bildirib ki, bölgədəki mövcud vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Çexiyanın Xarici İşlər naziri Tomas Petriçek mülki insanların ölümü ilə bağlı ciddi narahatlığını ifadə edib. O, atəşkəsə riayət olunmasının və tərəflər arasında danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.