27
Sentyabr

27 Sentyabr

Cəbhə xəbərləri

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib

Qoşunlarımızın keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib. Ordumuzun zərbələri nəticəsində anbarda baş verən partlayışlar təqdim edilən videoda aydın müşahidə olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.