30
Sentyabr

30 Sentyabr

Xarici İşlər Nazirliyi

Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin münaqişə zonasına xarici muzdluların gətirilməsi ilə əlaqədar verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub.

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz aktlarında xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib.

Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.