Orduya dəstək
Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü olaraq öz məvaciblərindən 8750 ABŞ dolları köçürüblər.
Bu barədə ölkəmizin Rusiyadakı səfirliyindən məlumat verilib.
Həmçinin, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da şəxsi vəsaiti hesabından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5000 ABŞ dolları ianə edib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.