Orduya dəstək
Bakı bayraqlara büründü
Cəbhədə uğurlu döyüşlərin davam etdiyi vaxtda bütün ölkə üzrə qələbə ab-havası yaşanır. Paytaxt bayraqlara bürünüb. Bakıda ictimai iaşə obyektləri, dövlət idarələri, həmçinin yaşayış binalarında Azərbaycan və Türkiyə bayraqları asılıb.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.