08
Noyabr

8 Noyabr

Media

Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəb telekanallarında flaş xəbər kimi verilib.

“Al-Hadath”, “Aljazeera” və “Əl-Ərəbiyyə” televiziya kanallarının canlı yayımında ABŞ-da seçkilərin nəticələrinə dair reportajlar kəsilərək Şuşanın işğaldan azad edilməsi barədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciəti yayımlanıb.

“Arabnews”, “Saudigazette”, “Gulf Times” və digər qəzetlər də Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərlərini yayıblar.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.