08
Noyabr

8 Noyabr

Media

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qədim mədəniyyət simvolumuz olan Şuşa şəhərinin erməni işğalından azad olunması barədə xalqımıza müraciəti Türkiyənin aparıcı telekanalları tərəfindən canlı yayımla təqdim olunub.

Dövlətimizin başçısının tarixi müraciətində yer alan mühüm məqamlar sürətlə Türkiyə kütləvi informasiya vasitələrinin manşet materialına çevrilib. Aparıcı telekanallar tanınmış ekspertlərlə Ali Baş Komandanın müraciətindəki mühüm mesajlar ətrafında şərhlər veriblər. Azərbaycandakı zəfər coşqusu Türkiyə KİV-lərində bayram ovqatlı xəbər olaraq təqdim olunur.

Prezident İlham Əliyevin qətiyyəti, Xalq-Prezident birliyi, müzəffər Ordumuzun döyüş şücaəti bütün Türkiyədə dillər əzbəri olan ifadələr kimi hamımızı qürurlandırır.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.