05
Noyabr

5 Noyabr

Media

Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE xəbər agentliyinə Bakıdan videokonfrans formatında verdiyi müsahibə bu ölkənin ən qədim nəşrlərinin, aparıcı xəbər portallarının diqqət mərkəzindədir.

İspaniyanın ən qədim qəzetlərindən biri olan “La Vanguardia”, həmçinin “Eldiario” online nəşri, “es.finance.yahoo.com” portalı Azərbaycanın dövlət başçısının müsahibəsini “Azərbaycan Prezidenti: “Ermənistan gedərsə, biz müharibəni dərhal dayandıracağıq”, “Əliyev indi Ermənistan prezidenti ilə danışıqlar masasına əyləşməyin mənasını görmür” sərlövhələri ilə dərc ediblər.

Bildirilib ki, müsahibədə Azərbaycan Prezidenti 2018-ci ildən hakimiyyətdə olan N. Paşinyanla dəfələrlə görüşdüyünü, lakin bütün görüşlərin, demək olar ki, faydasız olduğunu diqqətə çatdırıb.

İspaniya mətbuatı yazır ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası uğrunda müharibədə Ermənistan üzərində aşkar hərbi üstünlüyə malikdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.