05
Noyabr

5 Noyabr

Media

Bütün dünyanın diqqəti ABŞ-da prezident seçkilərinə yönəldiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE agentliyinə müsahibəsi Latın Amerikası mətbuatında diqqətlə izlənilir.

Həmin müsahibə geniş oxucu auditoriyasına malik olan, ən çox ziyarət edilən “Holanews”, “Infobae”, “Clarin” xəbər portalları kimi onlayn-nəşrlərdə “Azərbaycan Prezidenti: “Ermənistan Azərbaycan torpaqlarını tərk etsə, biz müharibəni dərhal dayandırarıq” sərlövhəsi ilə dərc olunub.

Nəşrlərdə vurğulanır ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk edərsə, şəxsən baş nazir Nikol Paşinyan Ermənistanın məğlubiyyətini etiraf edərsə və qoşunların çıxarılmasının vaxt cədvəlini təqdim etmək barədə öhdəlik götürərsə, onda Azərbaycan Dağlıq Qarabağda müharibəni dərhal dayandırar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.