Media
Özbəkistan portalları Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi və müharibə mövzusu ilə bağlı digər məqalələr verib.
“daryo.uz” portalı yazır ki, dövlət başçısı İlham Əliyev müsahibədə 30 ilə yaxın davam edən danışıqların heç bir nəticə verməməsi, Ermənistanın son təxribatları, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində aparılan müharibə, torpaqlarımızın böyük bir hissəsinin işğalçılardan azad edilməsi və digər məsələlər haqqında məlumat verib.
Dövlət başçısı deyib: “Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu onu göstərir ki, o, müharibənin dayanmasını istəmir”.
“orol24.uz” portalı bildirir ki, “Human Rights Watch” təşkilatı Ermənistanı qadağan olunmuş kasset bombalarından istifadə etməkdə günahlandırıb. Yazıda bildirilir ki, Bərdə şəhərinə atılan “Smerç” kasset bombası nəticəsində 21 adam həlak olub, 70-dən artıq insan yaralanıb, şəhərdə xeyli dağıntı var.