04
Noyabr

4 Noyabr

Xarici media

Ukraynanın “UA:Perşiy” Milli İctimai Televiziya Kanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər şəhərinə raket hücumu barədə xüsusi reportaj yayımlayıb.

Reportajda Azərbaycanın Baş Prokurorluğuna istinadla Ermənistan tərəfindən Tərtərdə Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə edildiyi bildirilir, partlamayan fosforlu mərmilərin zərərsizləşdirildiyi barədə məlumat verilir.

Telekanalın yaradıcı qrupu Tərtər şəhərində çəkilişlər apararaq raket atəşinin fəsadlarını işıqlandırıb.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.