05
Oktyabr

5 Oktyabr

Müdafiə Nazirliyi

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

Oktyabrın 5-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilmişdir.

Brifinq iştirakçılarının diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat verilib.

Bundan əlavə qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi barədə də ətraflı məlumat çatdırılıb.

Düşmənin açdığı atəş zərbələri nəticəsində dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə də düşmən ordusunun öz hərbi qulluqçularına qarşı göstərdiyi qeyri-insani münasibət və hərəkətlər barədə faktlar da diqqətə çatdırılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.