28
Oktyabr

28 Oktyabr

Beynəlxalq təşkilatlar

Beynəlxalq Qırmızı Xaç Komitəsi mülki əhali arasında itkiləri və humanitar yardım göstərən şəxslərin öldürülməsini pisləyib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Avrasiya üzrə regional direktoru Martin Şüepp oktyabrın 28-də Azərbaycanda mülki ərazilərin hədəfə alınması nəticəsində mülki əhali arasında baş verən ölüm halları ilə bağlı açıqlama yayıb.

Açıqlamada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün atəş nəticəsində faciəvi şəkildə həlak olduğu da qeyd edilib. Həmçinin BQXK-nın rəsmi saytında yerləşdirilən açıqlamada bildirilib ki, iki uşaq atası olan bu könüllüdən başqa daha iki könüllü də yaralanıb. Bu hadisə ilə bağlı BQXK həlak olan könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin kədərlə başsağlığı verib.

Daha sonra açıqlamada qeyd edilir ki, hadisələrin gərginləşdiyi sentyabrın sonundan bəri BQXK mülki əhalinin, xəstəxanalar, məktəblər, bazarlar və mədəniyyət abidələri kimi mülki infrastrukturun qorunması və onlara xətər yetirilməməsi üçün bütün mümkün tədbirləri görməyə çağırıb. Bu tədbirlər könüllü jestlər deyil, beynəlxalq humanitar hüququn öhdəlikləridir.

Həmçinin vurğulanıb ki, bu son hadisələr Dağlıq Qarabağ münaqişəsinin nəzarətdən çıxa biləcəyinə dair bir siqnaldır. Mülki əhalinin həyatı məhv olur və insanlara onların həyatını daimi olaraq dəyişəcək xəsarətlər yetirilir. Tibbi müəssisələr də daxil olmaqla mülki infrastruktura ciddi zərər dəyib. Gördüyümüz dəhşətli səhnələr davam etdirilməməlidir.

https://www.icrc.org/en/document/nagorno-karabakh-conflict-icrc-strongly-condemns-latest-surge-violence-civilian

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.