28
Oktyabr

28 Oktyabr

Beynəlxalq təşkilatlar

UNİCEF Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair bəyanat yayıb

UNICEF-in Dağlıq Qarabağ və ətrafında gedən bir aylıq döyüşlərə dair yaydığı bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, 130 mindən çox insan evlərindən didərgin düşüb, 76 məktəb və uşaq bağçasına ziyan dəyib, bir doğum evi top atəşinə tutulub. Mülki bölgələrə gündəlik endirilən raket hücumlarının psixoloji təsirinə məruz qalan saysız-hesabsız uşaqlar qorxu keçirirlər.

“10 aylıq Narın, 1 yaşlı Mədinə, 8 yaşlı Aysu, 9 yaşlı Viktoriya, 13 yaşlı Şəhriyar, 13 yaşlı Artur, 14 yaşlı Fərid, 15 yaşlı Fidan, 15 yaşlı Nigar, 16 yaşlı Orxan. Bunlar, Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda bir ay davam edən döyüşlər zamanı öldürülən 10 uşağın adları və yaşlarıdır. 11 yaşlı oğlan və 12 yaşlı qızın adları hələlik açıqlanmayıb”.

Riayət olunmayan üç atəşkəs anlaşması fonunda davam edən dörd həftəlik döyüşlərin uşaqlar üçün acı nəticəsidir. UNICEF uşaqların bundan sonra da həlak olmaması üçün döyüşlərin dərhal və tam dayandırılması üçün bir daha müraciət edir.

https://www.unicef.org/azerbaijan/press-releases/unicef-statement-one-month-fighting-and-beyond-nagorno-karabakh

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.