27
Oktyabr

27 Oktyabr

Xarici media

Türkiyə KİV-ləri Ermənistanın elan olunan atəşkəsə məhəl qoymadan Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən mülki yaşayış yerlərini növbəti dəfə hədəf almasına kəskin reaksiya verib.

Türkiyənin Anadolu Agentliyi, TRT kanalı, Haber Global, Yeni Şafak, Sözcü və digər media qurumları tərəfindən yayımlanan xəbərlər və reportajlarda oktyabrın 27-də axşam saatlarında Ermənistanın Bərdə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin, eləcə də uşaqların həlak olması, yaralanması haqqında məlumatlar yer alıb.

Xatırladaq ki, ANAMA-nın məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb. Hadisə nəticəsində biri 2 yaşlı körpə qız olmaqla, 4 mülki şəxs həlak olub, 13 nəfər yaralanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.