27
Oktyabr

27 Oktyabr

Xarici media

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Qarabağ münaqişəsinə dair növbəti material yerləşdirilib.

Bütün dünyada geniş oxucu kütləsinə malik CGTN kanalının saytındakı məqalədə Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən humanitar atəşkəsin pozulmasından bəhs olunub. Azərbaycanın Müdafiə Nazirliyinə istinadla qeyd edilib ki, atəşkəsin qüvvəyə minməsindən bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələri Tərtər və Laçın rayonlarını atəşə tutub.

CGTN Prezident İlham Əliyevin oktyabrın 26-da televiziya ilə xalqa müraciətində səsləndirdiyi fikirlərə toxunaraq yazır ki, Azərbaycan hansı yolla olur-olsun münaqişənin həllini istəyir. Onlayn nəşr Azərbaycan Prezidentinin “Mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır” fikrini də öz oxucularının diqqətinə çatdırır.

Məqalədə, eyni zamanda, sentyabrın 27-dən başlayan toqquşmalar nəticəsində Azərbaycan tərəfdən 65 mülki sakinin öldüyü və 297 nəfərin yaralandığı qeyd olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.