Beynəlxalq təşkilatlar
ICESCO Dağlıq Qarabağda mədəni və tarixi hüquqlara hörmət etməyə çağırır
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Ermənistan və Azərbaycan arasındakı son hadisələrdən, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlığını bildirir. Təşkilat bununla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, ICESCO tərəfləri maksimum təmkin göstərməyə, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyə çağırır.
Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladan ICESCO tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə çağırır.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.