27
Sentyabr

27 Sentyabr

Xarici ölkələr

Fransanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıb

Fransa Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda vəziyyətin yenidən kəskinləşməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda Fransa vəziyyətin kəskinləşməsindən narahat olduğunu bildirərək, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Mülki əhali arasında itkilərdən narahatlığını bildirib.

“Fransa Dağlıq Qarabağda hazırda gedən genişmiqyaslı toqquşma və mülki əhali arasında itkilərin olması ilə bağlı məlumatlardan çox narahatdır. Hərbi əməliyyatların dərhal dayandırılmasına və dialoqun bərpasına çağırır.

Minsk qrupunun həmsədri qismində Fransa rus və amerikalı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə davamlı həllinə nail olmaq öhdəliyinə sadiq olduğunu bir daha bildirir”,-deyə bəyanatda qeyd edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.