Yerli media
Arxa cəbhənin əsgərləri: onlar vətənpərvərliyi sözlə ifadə etməyə çalışırlar (Report)
Döyüş həm ön, həm də arxa cəbhədə gedir. İnsanlar arxa cəbhədə yazdıqları şeirlər, səsləndirdikləri şüarlar vasitəsi ilə Orduda yüksək əhval yaratmaqla bir növ onlara dəstək olur və vətənpərvərlik duyğularını ifadə etməyə çalışırlar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.