11
October

11 Oktyabr

Xarici ölkələr

Monqolustan XİN Dağlıq Qarabağla bağlı bəyanat yaydı

Monqolustanın Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

Monqolustan XİN ölkələrin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərini ciddi şəkildə zədələyən hadisələrdən narahatlığını ifadə edib və tərəfləri münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çağırıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.