Xarici ölkələr
Türkiyənin Milli Müdafiə Nazirliyi: Müharibə və insanlıq cinayətləri törədən Ermənistan indi də atəşkəsi pozur
Ermənistan humanitar atəşkəs barədə əldə edilən razılığı pozaraq Gəncəyə raket hücumu edib. Çox sayda ev dağılıb. Sıravi vətəndaşlar həlak olub, yaralananlar və dağıntılar altında qalanlar var.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin ermənilərin Azərbaycanın Gəncə şəhərinə hücumu barədə açıqlamasında deyilir.
Açıqlamada bildirilir: “Müharibə və insanlıq cinayətləri törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəs zamanı belə dinc əhalinin yaşayış yerlərinə hücumları davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.