Path to Victory
Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobudcasına pozmaqda davam edir. Düşmən oktyabrın 27-də Azərbaycanın Bərdə rayonundakı dinc əhalini hədəf alaraq, yaşayış məntəqələrini mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə atəşə tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən saat 16...
Azərbaycan Ordusunun döyüş zamanı düşməndən qənimət kimi götürdüyü tanklar yenidən döyüşə hazırlanır.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, ordumuz tərəfindən götürülən düşmənin 8 tankından 4-ü saz vəziyyətdədir. Digər 4 tank isə təmir olunduqdan sonra yenidən döyüşlərə cəlb ediləcək.
İyirmi yeddi il öncə doğma torpaqlarından köçkün düşən Cəbrayılın Sirik kəndinin sakinləri ata-baba yurdlarının işğaldan azad olunması xəbərini böyük sevinc hissi ilə qarşılayıblar. Belə ailələrdən biri də Məmmədovlar ailəsidir. Bütün siriklilər kimi, Məmmədovlar ailəsi də tezliklə öz kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyirlər. Artıq...
Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriyadan, o cümlədən “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur. Oktyabrın 26-sı səhər saatlarından başlayaraq rayon ərazisinə, ümumilikdə, 160-dan çox mərmi, eləcə də 4 “Smerç” raketi düşüb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam...
Oktyabrın 26-da səhər saat 08.00-dan etibarən humanitar atəşkəs elan olunmasına baxmayaraq, düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, artilleriya atəşinə tutulan yaşayış məntəqələrimizdən biri də Ağdam rayonunun Qaradağlı kəndidir.
Qaradağlı kəndinin sakini Elşad Rəhimov müxbirimizlə söhbət zamanı bildirib ki, səhər saatlarında düşmənin atdığı raket onun da...