Tank əleyhinə idarəolunan raket kompleksləri (TƏİRK)

“Spike”

Spayk - İsrail istehsalı olan, daşına bilən, “atəş aç – unut” prinsipilə işləyən 4-cü nəsil tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİRK). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı ilin məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.

Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşunu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan).

Taktiki-texniki xüsusiyyətləri:

İstehsal illəri: 1981 – hazırda davam edir

Variantları: Spayk-SR, Spayk-MR, Spayk-LR, Spayk-ER, Spayk NLOS

Məsafə: 1.5 km (Spayk-SR), 2.5 km (Spayk-MR), 4 km (Spayk-LR), 8 km (Spayk-ER), 25 km (Spayk NLOS)

Effektiv məsafə: 1.5 km (Spayk-SR), 2.5 km (Spayk-MR), 4 km (Spayk-LR), 8 km (Spayk-ER), 25 km (Spayk NLOS)

TƏİRK 30 saniyəyə atəşə hazır vəziyyətə gətirilir. Hər atəşdən sonra 15 saniyə ərzində yenidən növbəti atəşə hazır olur.


“Kornet”

İkinci nəsil TƏİRK-in son nümayəndəsi olan 9M133 "Kornet" kompleksi dinamik müdafiə ilə təchiz edilən müasir və perspektivli zirehli texnikaları, mühəndis istehkam qurğularını, düşmənin canlı qüvvəsini, aşağı sürətli hava hədəflərini və suüstü obyektlərini günün istənilən vaxtında, müxtəlif hava şərtlərində, passiv və aktiv optik müdaxilə şəraitində məhv etmək üçün nəzərdə tutulub.

Taktiki və texniki xüsusiyyətlərinə görə "Kornet" kompleksi müasir çoxməqsədli müdafiə və hücum silahlarına qarşı irəli sürülən əsas tələblərə cavab verir və normal hava şərtlərində düşmənin 6 km-ə qədər taktiki dərinliyində quru qüvvələrinə tapşırıqlarını qısa bir zamanda həll etməyə imkan verir. Bu kompleksin dizayn həllərinin orijinallığı, yüksək texnoloji imkanları, döyüş istifadəsinin səmərəliliyi, istifadəsinin sadəliyi və etibarlığı onun xarici ölkələrdə geniş yayılmasına şərait yaradıb.

Azərbaycanın əldə etdiyi "Kornet-E" kompleksi 9P163M-1 atıcı qurğusuna malikdir. Bu komplekslərin müxtəlif zirehli və ya zirehsız vasitələr üzərində quraşdırılan mobil versiyaları da mövcuddur.

9P163M-1 atıcı qurğusu üçayaq üzərində yerləşən idarəetmə mexanizmi, 1P45M-1 nişangah-tuşlama cihazı və raket buraxma mexanizmindən ibarətdir.

1P45M-1 nişangah-tuşlama cihazı periskopikdir: onu atıcı qurğunun altındakı konteynerə quraşdırıblar, fırlanan göz qapağı isə sol tərəfdə, aşağıdadır.

Daşınan raket atıcı qurğunun üstündəki beşikdə yerləşdirilir, atəşdən sonra əl ilə dəyişdirilir. Atış xəttinin hündürlüyü çox geniş diapazonda dəyişə bilər, bu isə operatora əraziyə uyğunlaşaraq müxtəlif mövqelərdən (uzanaraq, oturaraq, səngərdən və ya binanın pəncərəsindən) atəş açmağa imkan verir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Atəş məsafəsi:

gündüz 100-5500 m

gecə 100-3500 m

Raketin kütləsi: 26 kq

ANK-da raketin kütləsi: 29 kq

Döyüş başlığının kütləsi: 7 kq

Partlayıcı maddənin kütləsi: 4.6 kq

1PN-79 "Metis-2" nişangahın kütləsi: 11 kq

Üçayaqlı 9P163M-1atıcı qurğusunun kütləsi: 26 kq

Səfər vəziyyətindən döyüş vəziyyətinə keçirilmə müddəti: 1 dəqiqə

Atəşə hazırlıq müddəti: 1-2 s

Atəş tempi: dəqiqədə 2-3 raket

Atıcı qurğunun yenidən yüklənmə müddəti: 30 s

9P163M-1/9P163M-2 atıcı qurğusunun tuşlama bucaqları:

Üfüqi istiqamətdə: 360/180°

Şaquli istiqamətdə: −5 ° ilə + 20 °/−10 ° ilə + 15 °

Raketin çapı: 152 mm

Raketin uzunluğu: 1200 mm

Qanad açılımı: 460 mm

Döyüş tətbiqi üçün temperatur diapazonu: -50° С + 50° С

Tətbiq yüksəkliyi diapazonu: 0-4500 m arasında

Nüfuzetmə: 1000-1200 mm

Döyüş heyəti: 2 nəfər.

Özüyeriyən modifikasiya üçün taktiki xüsusiyyətlər

Qorunan sursat dəsti: 16 ədəd

Sürəti:

  • magistral yolda maksimum 70 km/saat
  • torpaq yolda: 45 km/saat
  • suda 10 km/saat

Ehtiyat məsafə:

  • magistral yolda 600 km
  • standart qarışıq yolda: 12 saat
  • suda 7 saat

Heyəti: 2 nəfər.


“Faqot”

Azərbaycan Silahlı Qüvvələrinin cəbbəxanasında mövcud olan 9K111 "Faqot" tank əleyhinə idarəolunan raket komplekslərinin təyinatı düşmənin zirehli texnikalarını və mühəndis qurğularını 2 km-ə qədər məsafədə məhv etməkdir. Hazırda bu komplekslərin ən az 100 ədədi ordumuzun silahlanmasında aktiv istismar edilir.

Atəş məsafəsi: 70-2000 m/75-2500 m

Atəş tempi: dəqiqədə 3 dəfə

Orta sürət: 180 m/s

Maksimal sürəti: 240 m/s

Ölçüləri:

- çapı 120 mm

- uzunluğu 863 mm/910 mm

- qanad açılımı 369 mm.

Konteynerin ölçüləri:

- uzunluğu 1098 mm

- eni 150 mm

- hündürlüyü 205 mm.

Raketin kütləsi:

- ANK ilə 13 kq/11.3 kq

- ANK olmadan: 13.2 kq/11.5 kq

Döyüş başlığının kütləsi: 2.5 kq

Nüfuzetmə: 400 mm/460-500 mm

60° bucaq altında nüfuzetmə: 200 mm/230 mm.


“Xrizantema-S”

Azərbaycan Ordusunun silahlanmasında mövcud olan tank əleyhinə özüyeriyən raket komplekslərindən biri də "Xrizantema-S"dir. 1996-cı ildən Rusiyanın KBM şirkətində hazırlanan, 2005-ci ildən isə eyni şirkət tərəfindən istehsal olunan bu özüyeriyən komplekslərin iki divizion dəstinin əldə edilməsi barədə müqavilə 2014-ci ildə Azərbaycan Müdafiə Nazirliyi ilə "Rosoboronexport" ASC arasında imzalanıb.

2015-ci ilin iyununda Azərbaycanın Rusiyadan sifariş verdiyi 9K123 "Xrizantema-S" kompleksinin bir diviziondan ibarət ilk partiyasının tədarükü həyata keçirildi. İkinci partiya isə 24 iyun 2017-ci ildə Rusiyanın "Bəstəkar Raxmaninov" bərəsi ilə Azərbaycana gətirildi. Onlar hazırda artilleriya bölmələrinin silahlanmasında istifadə edilir. Kompleks seriya istehsalından çıxarılmayıb.

"Xrizantema" düşmənin hazırkı və gələcək nəsil tanklarının, helikopter və digər aşağı hündürlükdə uçuş həyata keçirən hava hədəflərinin, mühəndis istehkam qurğularının, sığınacaqlarda və açıq ərazidəki canlı qüvvəsinin, sutkanın istənilən vaxtında və hava şəraitindən asılı olmayaraq məhv edilməsi üçün nəzərdə tutulur. NATO-da AT-15 "Springer" kimi təsnifatlandırılan "Xrizantema-S" tank əleyhinə özüyeriyən raket kompleksində lazer və radiosiqnal ilə idarə olunan 9M123 raketinin 4 fərqli modifikasiyasından istifadə edilə bilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Döyüş maşını: 9P157

Ağırlığı: 18.7 ton

Uzunluğu: 2057 mm

Heyət: 2 nəfər

Zireh: 60 mm alüminium ərintisi + polad

Maşının tipi: üzən

Aşılan xəndək: 2.2 m

Aşılan divar: 0.8 m

Qalxma bucağı: 30º

Mühərrik: UTD-29 dizel

Gücü: 500 at gücü

Sürəti: 70 km/saat (şossedə), 10 km/saat (suda)

Ehtiyat məsafəsi: 600 km

Əsas silahı: 15 ədəd 9M123 raketi

Köməkçi silahı: 7.62 PKT pulemyotu.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.