Hava Hücumundan Müdafiə sistemləri

“Barak-8”

“Barak-8” və ya qısaca “LR-SAM”, yaxud, “MR-SAM” - təyyarələr, helikopterlər, gəmi əleyhinə raketlər və PUA-lar, habelə ballistik, qanadlı raketlər və döyüş təyyarələri daxil olmaqla, havadan gələ biləcək hər növ təhdidlərdən qorunmaq üçün hazırlanmış kompleksdir. İstehsalına 2017-ci ildən başlanan sistemin həm dəniz, həm də yer variantları mövcuddur.

“Barak-8” İsrail Aerokosmik Sənayesi, Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı, İsrailin Silahların və Texnoloji İnfrastrukturun İnkişafı İdarəsi, “Elta Systems”, “Rafael” və digər şirkətlər tərəfindən birgə hazırlanıb. Raketləri “Bharat Dynamics Limited” istehsal edir.

Taktiki-texniki xüsusiyyətləri:

Ağırlığı: 275 kq

Mühərrik: ikipilləli impulslu raket mühərriki

Məsafə: 0.5 - 100 km

Uzunluğu: 4,5 m


“S-300”

S-300PMU2 "Favorit" Rusiyanın S-300PM2 hava hücumundan müdafiə sisteminin ixracat (NATO təsnifatında SA20b "Gargoyle b") modifikasiyasıdır. 1997-ci ildə S-300PMU1 sisteminin yeni modifikasiyası kimi təqdim edilən kompleksin atəş məsafəsi 200 km-ə qədər artırılıb. 10 metrdən 27 km-ə qədər yüksəklikdə uçan hədəflər sistemin aktiv məhvetmə zonasına daxildir. EPR (görünmə) əmsalı minimuma, 0,02 m²-ə qədər azaldılıb. Sistem üçün yeni 48N6E2 raketi hazırlanıb. Bu sistem əvvəlki versiyalardan fərqli olaraq, yalnız qısa mənzilli ballistik raketlərlə deyil, orta mənzilli taktiki ballistik raketlərlə də mübarizə apara bilir.

S-300PMU2 sisteminin tərkibinə daxildir:

- 83M6E2 idarəetmə sisteminin komanda məntəqəsi;

- 6 ədəd 90J6E2 tipli ZRK;

- 48N6E2 idarə olunan zenit raketləri;

- S-300PMU-1 sistemi ilə eyni olan texniki dəstək vasitələri.

83M6E2 idarəetmə sisteminin komanda məntəqəsi müxtəlif mənbələrdən hava vəziyyəti haqqında məlumat alır və onları təhlil edir, atəş bölmələrinin döyüş əməliyyatlarını idarə edir, hava hücumundan müdafiə zonasının rəhbərliyindən əmr və hava obyektləri haqqında məlumatlar alır. Onun tərkibinə 54K6E2 döyüş idarəetmə məntəqəsi daxildir. Bu məntəqə avtomatik olaraq hədəfin hərəkət trayektoriyasının parametrlərini (məsafə, sürət, hündürlük, istiqamət), dövlət mənsubiyyətini, hava obyektinin növünü və təhlükəlilik dərəcəsini, hər bölmə üçün atəş şərtlərini və sursat dəstini nəzərə almaqla onlar arasında hədəflərin optimal paylanmasını müəyyənləşdirir.

54K6E2 döyüş idarəetmə məntəqəsi istənilən birləşmədə S-300PMU2, S-300PMU1, S-300PMU, S200VE hava hücumundan müdafiə sistemlərini idarə etməyə qadirdir.

54K6E2 eyni zamanda 36 ədədə qədər hədəfə 72 ədədə qədər raketin tuşlanmasını təmin edə bilir. Eyni vaxtda aşkar olunan hədəflərin sayının 300-ə, eyni vaxtda izlənilən hədəflərin sayının isə 100-ə qədər olduğu məlumdur.

S-tezlikli ikifazalı anten çərçivəli tam avtomatik üçkoordinatlı müşahidə tipli RLS-dir, komanda məntəqəsini 300 km radiusda hava obyektləri haqqında yüksək keyfiyyətli məlumatla təmin edir. Daxili rabitə kanalları vasitəsilə bu məlumat hər ZRK tərəfindən istifadə olunur.

Hər 90J6E2 Zenit Raket Kompleksinə daxildir:

- 30N6E2 çoxfunksiyalı işıqlandırma və tuşlama RLS-i

- 5P85SE, 5P85TE tipli 12 atıcı qurğu

- 96L6E yüksək hündürlüklü aşkarlama qurğusu


“İqla-s”

Taktiki-texniki xüsusiyyətləri:

Ağırlığı: 10.8 kq

Sürət: 570 m/s (Mach 1.9)

Uzunluğu: 1.574 m

“Iqla-S”in yeni variantı (SA-24 Grinch) əvvəlkilərdən daha ağır döyüş başlığına, artırılmış atış məsafəsinə görə fərqlənir. Sınaqları 2001-ci ilin dekabrında tamamlanıb. 2004-cü ilin dekabrından etibarən Deqtryaev zavodunda istehsalına başlanıb. İstehsalçı müəssisə tərəfindən zərbə dəqiqliyi 0.8-0.9 arasında hesablanıb.


“Buk-M1”

2005-ci ilin may ayında Minskdə 9K37 "Buk" orta mənzilli zenit kompleksinin modernləşdirilmiş "Buk-MB" kod adlı Belarus versiyası təqdim edildi.

2013-cü ilin iyun ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-ci ildönümünün şərəfinə Bakıda keçirilən hərbi paradda Belarusdan alınan modernləşdirilmiş "Buk-MB" hava hücumundan müdafiə kompleksi təqdim edildi.

Kompleksin tərkibi 6 ədəd 9A310MB atıcı qurğudan, 3 ədəd 9A39MB yükləmə qurğusundan, 9S470MB komanda məntəqəsindən və 80K6M kəşfiyyat-tuşlama stansiyasından ibarətdir.

Bu kompleks yeni istehsal olunan 9M317 zenit raketlərinin istifadəsi üçün modifikasiya edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.