Artilleriya
2S17 “Pion”
Taktiki-Texniki Xüsusiyyətləri:
Kütləsi: 46.5 ton;
Çapı: 203.2 mm;
Tuşlama bucaqları:
- şaquli: 0-60 °;
- üfüqi: −15 + 15 °;
Maksimum atəş məsafəsi: 37.5 km;
Minimum atəş məsafəsi: 8.4 km;
Qəlpəli fuqas mərminin kütləsi: 110 kq;
Atəş tempi: dəqiqədə 2.5 mərmiyə qədər;
Daşınan sursat dəsti: 4 ədəd;
Sursat növləri: fuqas, qəlpəli fuqas, xüsusi;
Səfər vəziyyətindən döyüş vəziyyətinə keçid: 5 dəqiqə;
Heyət: 7 nəfər;
Mühərrikin gücü: 780 at gücü;
Maksimum sürət: 51 km/saat;
Magistral yolda ehtiyat məsafə: 500 km.
Bu silahlar unikallığı ilə hətta hərbi sahə ilə əlaqəsi olmayan insanlar üçün də kifayət qədər maraqlıdır. Hərəkət zamanı bütün heyət üzvləri qurğunun korpusunda yerləşdirilir. Korpus dörd hissəyə bölünür. Ön tərəfdəki idarəetmə bölməsində komandir, sürücü-mexanik və ekipaj üzvlərindən biri yerləşir. İdarəetmə bölməsinin arxasında mühərrik-transmissiya bölməsi, onun arxasında isə hesab bölməsi yerləşir. Burada tuşlayıcı və 3 nəfər (modernləşdirilən versiyada 2 nəfər) ilə bərabər mərmi yığını (ukladka), arxa bölmədə isə qatlanan dayaq lövhəsi və özüyeriyən artilleriya qurğusunun topu yerləşir.
2C7-nin korpusu xarici təbəqəsinin qalınlığı 13 mm, daxili təbəqəsinin qalınlığı isə 8 mm olan ikiqat gülləkeçirməz zirehdən hazırlanıb.
Özüyeriyən qurğunun daxilindəki ekipaj üzvləri kütləvi qırğın silahlarının istifadə edilməsinin nəticələrindən qorunur. Korpus radiasiyanın təsirini üç dəfə zəiflədir.
Bu silahların ən geniş istifadəçisi Rusiya hesab edilr.
Bu silahlar nüvə sursatları ilə də (terminologiyada “xüsusi sursat” adlandırılır) atəş aşa bilirər.
TOS-1A odsaçan artilleriya sistemi
Taktiki-Texniki Xüsusiyyətləri:
Kalibr: 220 mm
Atəş tezliyi: 15 saniyədə 30 atəş
Effektiv məsafə: 500–3500 m (TOS-1), 6500 m (TOS-1A)
Atış platforması: T-72
Mühərrik: V-84 Dizel, 840 at gücündə (630 kV)
Hərəkət mənzili: 550 km
Sürəti: 60 km/s
TOS-1 220 mm-lik, 30 və ya 24 borulu ağır odsaçan artilleriya sistemidir. İlkin versiyası 1988-ci ildə hazırlanıb. “T-72” tankının şassisi üzərində yerləşir. TOS-1 açıq və ya qapalı ərazidə yerləşən düşmənin istər şəxsi heyətini, istərsə də zirehli texnikasını məhv etmək üçün hazırlanıb. İlk döyüş testləri 1988-1989-cu illərdə Sovet ordusu tərəfindən Əfqanıstan müharibəsində həyata keçirilib. “TOS-1” ilk dəfə 1999-cu ildə Omsk şəhərində təqdim olunub.
“Solntsepyok” sisteminin idarəolunmayan reaktiv termobarik döyüş başlığının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur: hava zərbə dalğalarının ətraf qaya süxurlarının, torpaq və qaya uçqunlarının əks olunan dalğaları ilə qarşılıqlı üst-üstə düşməsi zərbə gücünü daha da artırır. Sursat əvvəlcə qarışıq buludunu yaradaraq, partlayışı həyata keçirir və buluddakı bütün oksigenin bu reaksiyaya daxil olmasına şərait yaradır. Ani detonosiyadan sonra atmosfer təzyiqi normadan təxminən 160 mm. civə sütununa qədər aşağı düşür. Beləliklə, düşmənin partlayışdan sonra xilas olan canlı qüvvəsi də təzyiqin azalması nəticəsində daxili orqanlarının parçalanmasına görə həlak olurdular.
Odsaçan sistemin yaylım atəşinin yüksək dəqiqliyi atıcı qurğunun 6 km məsafədə olan birbaşa hədəflərə yönəldilməsi və avtomatlaşdırılmış tuşlama cihazları vasitəsilə təmin edilir. Son məlumatlara görə, MO.1.01.04M.OП markalı sursatların çəkisinin 13 kq azaldılmasına baxmayaraq, atəş məsafəsi 6700 metrə qədər artırılıb.
Döyüş maşınının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 kilometrdir. 30 dərəcəli bir yoxuşa 25 dərəcəli krenlə qalxa bilən “TOS-1A” 1.2 metr hündürlükdə olan maneələri də asanlıqla aşmağa qadirdir.
TOS-1A kompleksinin təkrar sursat ilə doldurulması üçün bir tank platforması nəzərdə tutulur. Sursatı 217 kiloqram çəkiyə malik olan termobarik raketlərdən ibarətdir. Doldurulma prosesi hər raket üçün bir dəqiqədən də az vaxt tələb edir. Döyüş ekipajı tankdakı kimi 3 nəfərdən ibarətdir. Təkcə bir fərqi var: Tuşlayıcı operator qüllədə olan silahlar əvəzinə atıcı qurğunu idarə edir.
2S19 “Msta-S”
Taktiki-Texniki Xüsusiyyətləri:
Qüllənin uzunluğu: 7.2 metr
Qüllə daxil olmaqla ümumi uzunluğu: 11.92 metr.
Eni: 3.38 metr
Klirens: 0.45 metr.
Zirehinin qalınlığı: 16 mm-lik homogen polad
82 mm-lik sis bombaları
Zəminə təzyiq: 0.87 kq/sm²
Dalış dərinliyi: 1.2 metr
Xəndək keçmə: 2.8 metr
Divar dağıtmaq: 0.5 metr
Qalxma dərəcəsi: 25°
Mühərrik: V-84A dizel, 840 at gücü
Maksimum sürəti: 60 km/saat
Yanacaq çəninin tutumu: 1300 litr
Hərəkət mənzili: 500 km
Köməkçi silahlanma: 12.7 mm-lik “NSVT” pulemyotu
Rusiya/Sovet istehsalı “2S19 Msta” 152 mm-lik özüyeriyən artilleriya qurğusudur. “2S3 Akasiya” özüyeriyən artilleriya qurğusunun davamçısı olaraq, onu əvəz etmək məqsədilə 1989-cu ildə Sovet ordusunda xidmətə qəbul olunub. Texnika Sovet istehsalı “T-80” tankının şassisi üzərində yerləşsə də, mühərriki T-72 tankına aiddir.
2S1 “Qvozdika”
Rusiya istehsalı olan 122 mm-lik özüyeriyən artilleriya qurğusudur. İlk prototipi 1969-cu ildə hazırlanıb. 1970-ci illərdə Sovet ordusunun arsenalına qəbul edilmiş bu silah ictimaiyyətə ilk dəfə 1974-cü ildə Polşada keçirilmiş hərbi parad zamanı nümayiş etdirilib. Qərbdə “M1974” adlandırılan bu texnika SSRİ, Bolqarıstan və Polşanın dövlət zavodlarında istehsal olunub.
Taktiki-Texniki Xüsusiyyətləri:
İstehsal tarixi: 1969-1991
İstisma tarixi: 1971-ci ildən bu günə kimi
İstehsal sayı: 10.000
Əsas silahı: 122 mm-lik 2A31 topu
Çapı: 122 mm
Lülənin qalxma bucağı: -3....+70°
Lülənin fırlanma dərəcəsi: 360°
Maksimum atəş məsafəsi: 15.2 km
Mərmi sayı: 40
Heyət sayı: 4
Uzunluğu: 7260 mm
Eni: 2850 mm
Hündürlüyü: 2725 mm
Baza: 4445 mm
Lüləsinin uzunluğu: 2500 mm
Klirens: 400
Zireh növü: polad, 15 mm
Qüllənin qalınlığı: 20 mm
Mühərrik: YMZ-238H, dizel, 8 slindr, 16 klapan
Sürəti: 61.5 km/saat
Hərəkət mənzili: 800 km
“Spear MK 2” – “Nizə”
Taktiki-texniki xüsusiyyətləri:
Üfuqi tuşlama bucağı: 360°;
Maksimun qalxma bucağı: 88°;
Maksimun enmə bucağı: 43°;
Atəş tempi: dəqiqədə 12-14;
1 mərminin məhvetmə radiusu: 50 m;
Döyüş vəziyyətinə gətirilmə: 90 san;
Səfər vəziyyətinə gətirilmə: 90 san;
Atəş sürəti: dəqiqədə 15 ədəd.
2016-cı ilin mayın 16-18-də İsrailin Latrun şəhərində keçirilən Yerüstü Müharibə və Logistika Beynəlxalq Konfransı zamanı aparıcı hərbi-sənaye şirkəti olan “Elbit Systems” istehsal etdiyi “Spear Mk 2” avtomatik minaatanını təqdim etdi. “Spear Mk 2” vasitə üzərində quraşdırılan 120 mm-lik avtonom minaatandır.
4×4 təkər formullu “Sand Cat” zirehli maşının üzərində qurulan ”yumşaq” təpməyə malik 120 millimetrlik “Speak Mk 2” minaatanı ilk nümayişindən təxminən 3 ay sonra, 2016-cı ilin sentyabr ayında Bakıda keçirilən “ADEX-2016” beynəlxalq müdafiə sərgisində Azərbaycan ictimaiyyətinə təqdim edildi.
Bu minaatan silahlı qüvvələr tərəfindən aparılan sürətli əməliyyatları dəstəkləmək üçün hazırlanıb. “Spear Mk 2” döyüşlərdə sınaqdan keçirilən əvvəlki “Spear” minaatan sisteminin təkmilləşdirilmiş versiyasıdır. Bu minaatan Azərbaycan ordusunun istifadəsində 120 millimetrlik “Nizə” minaatanı adlandırılır. “Spear” ingiliscədən tərcümədə “Nizə” deməkdir. İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Nizə” minaatanının ilk xarici istifadəçisidir.
“Nizə” avtomatik minaatan kompleksinin ilk partiyası 2018-ci ilin əvvəlində Azərbaycana gətirilib. Minaatan özünün koordinatları hesablama və hədəfə tuşlanma mexanizmlərinə malikdir. Bütün sadalananlar sayəsində minaatan daha effektiv olub, onun qısa müddətdə yüngül zirehli maşınlara quraşdırılması mümkündür, bu isə hərbçilərə verilmiş taktiki əməliyyatları tez və səmərəli şəkildə yerinə yetirməyə imkan verir. Minaatanlar üçün adət etmədiyimiz “idarəolunan mərmilər” anlayışına da burada rast gəlirik.
120 millimetrlik “Nizə” minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin əks yamaclarında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazer tuşlama və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir.
“Nizə” döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir.
120 millimetrlik “Nizə” minaatanını digər silah sistemi ilə qarışıq salmaq mümkün deyil. Çünki burada geri təpmə qurğusunun ölçüləri o qədər artıb ki, minaatanın lüləsinin əsas hissəsi görünməz hala gətirib. Yalnız atəş anında lülə qısa müddətdə qismən görünür.
DANA haubitsaları
DANA (Çex dilində “dělo automobilní nabíjené automaticky” – avtomatik yükləyicili silahlı yük maşını) 1970-ci illərdə Çexoslovakiya Sosialist Respublikasında 8х8 təkər formullu “Tatra 813” yük maşınının üzərində istehsal edilib. 152 mm-lik “SpGH Dana” haubitsası bu günədək dünya bazarında sifariş sayı ilə diqqət çəkir. İndiyədək 800-ə yaxın “Dana” istehsal edilərək Çexiya, Slovakiya, Gürcüstan, Azərbaycan, Polşa, Liviya silahlı qüvvələrində xidmətə göndərilib.
“Dana” 8×8 konfiqurasiyalı “Tatra 813” şassisi üzərində yerləşir.
Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibrli top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə, ± 220° çarpaz atəş açmaq qabiliyyətinə sahibdir. Topun atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.
“Dana” əsasən səkkiztəkərlilər sinfində ən manevrli qurğu sayılır. Hətta mütəxəssislərin gəldiyi nəticəyə görə, “Dana” BTR-80-dən daha manevrlidir. Əgər BTR-80 bir bucaqda fırlanma həyata keçirib, hansısa maneəni ötmək üçün 2 cəhd edirsə, “Dana” bunu 1 cəhdlə yerinə yetirə bilir.
Bundan əlavə, atəş zamanı stabilləşmə də nəzərdə tutulub ki, bu zaman qurğunun arxa hissəsindən 1, yan tərəflərdən 2 hidravlik stabilləşdirici yerə sancılaraq, atəş zamanı maşının sapmasının və təpmənin yarada biləcəyi fəsadların qarşısını alır.
Qurğuda 152 mm-lik standart mərmilərdən istifadə edilir. Onların çəkisi 43,5 kq, atəş uzaqlığı 18,7 km-dir. Həmçinin xüsusi olaraq özündə 47 ədəd tank əleyhinə və piyada əleyhinə elementləri olan mərmilər də nəzərdə tutulub ki, bu mərmilərin atəş məsafəsi 28,23 km civarındadır.
İxrac variantında “Dana” NATO tipli 155mm-lik haubitsa ilə də təmin oluna bilir.
Taktiki-Texniki Xüsusiyyətləri:
Heyət: 5 nəfər
Ümumi çəki: 25,1 ton
Maksimal sürəti: 80 km/saat
Hərəkət mənzili: 740 km
“Dana” M1M
Azərbaycan Silahlı Qüvvələrində bu qurğuların təkmilləşdirilmiş variantı olan “Dana” M1M modelindən istifadə olunur. Qurğu ilk dəfə 2017-ci ilin sentyabrında keçirilən irimiqyaslı ordu təlimlərində nümayiş olunub. Azərbaycanın Silahlı Qüvvələrindəki modernizə olunmuş “Dana” bu üstünlüklərə malikdir:
- Atəşin idarə edilməsinin yeni sistemi;
- Topun maksimal müstəqilliyi;
- Atəş sahəsinə girib atəş açmaq və atəşdən sonra sahəni tərk etmək çevikliyi;
- Atəşin yüksək dəqiqliyi;
- Atəşin korreksiyası üçün sadələşdirilmiş rejim;
- Atəş tapşırıqlarının yazılması;
- Döyüş effektivliyinin yüksəkliyi;
- Qurğunun C41 sisteminə inteqrasiyası;
- Daxil olan məlumatın analiz edilərək, başqa qurğuların heyətlərinə catdırılması.
Sistemin arxitekturası:
- İnersial-naviqasiya topoqrafik qurğu;
- Artilleriyaçının ballistik kompüteri;
- Artilleriyacının intelektual uzaqlıq ölçmə cihazı;
- Kommunikasıya vasitəsi.
Bu tip müasir texnikanın əldə olunması artilleriya qoşunlarına bir daha yenilik, atəş təhlükəsizliyi, hədəflərin dəqiq məhvi, atəşin tez bir zamanda və təhlükəsiz açılması, yüksək manevrlilik və digər üstünlüklər verdi.
Qurğuların Azərbaycan Silahlı Qüvvələrinin cəbbəxanasına daxil edilməsi vaxtilə Ermənistanda böyük ajiotaj yaratmışdı. Çünki öz sinfində sürətə, manevr qabiliyyətinə malik olan, çətin relyeflərdə sərbəst hərəkət edən, qısa müddətdə atəş açaraq, mövqeyini dəyişən bu qurğular Ermənistanın silahlanmasında olan anoloji texnikadan çox müasir və cəlddir. Əsasən də Qarabağ relyefində, ağır, yöndəmsiz, ləng hərəkət edən qurğuların fonunda Azərbaycanın bu texnikası yüksək üstünlüyə malikdir.
D-30 topları
Taktiki-Texniki Xüsusiyyətləri:
Çapı: 122 mm
Çəkisi: 3200 kq
Uzunluğu: 5400 mm
Gövdə uzunluğu: 4660 mm
Eni: 1900 mm
Hündürlüyü: 1600 mm
Heyət sayı: 6 nəfər
Lülənin qalxma bucağı: -7°...+70°
Lülənin fırlanma dərəcəsi: 360°
Qundaq qollarının sayı: 3 ədəd
Qəlpələnən-fuqas mərmisinin başlanğıc sürəti: bütöv atımla 690 metr/saniyə, azaldılmış atımla 270-565 metr/san
Kumulyativ mərminin başlanğıc sürəti: 740 metr/san
Minimum atəş məsafəsi: 7-8 km
Atəş məsafəsi: 15.4 km
Qəlpələnən-fuqas mərmisinin çəkisi: 21 kq
Kumulyativ mərminin çəkisi: 14 kq
Atəş sürəti: Dəqiqədə 6-8 atəş
Hədəfdən yayınma ehtimalı: 10 metr
122 mm-lik “D-30” haubitsa - sovet istehsalı olan topdur. 1963-cü ildə ilk dəfə Sovet ordusunda istifadəyə qəbul olunub. Maksimum atəş məsafəsi 15.4 km-dir.
D-20 topları
İri kalibrli artilleriya silahı olmaqla, sərrast və asma atəşi üçün nəzərdə tutulub. İkinci dünya müharibəsindən sonra hazırlanmağa başlayıb və 1955-ci ildə ordunun arsenalında görünüb. D-20 topu şaquli işləyən yarımavtomatik pazlı çaxmaq sistemilə təchiz olunmuş ilk haubitsadır. Topun atəş qurğusu lülədən, mərmi kamerasından, daraqdan və lüləucu əyləcdən ibarətdir. Yedəklənən top biroxlu lafet üzərinə quraşdırılıb.
Topun mərmiləri məqsədinə və dağıdıcılıq qabiliyyətinə görə müxtəlif tiplərə bölünürlər:
- Qəlpələnən-fuqaslı ОФ-32 mərmisi (atış məsafəsi 17400 m)
- Kumulyativ-qəlpələnən mərmilər
- Yandırıcı mərmilər
- Maneə yaradan mərmilər
- Nüvə sursatlı 3ВБ3 mərmisi (qadağan edilib)
- Kimyəvi mərmilər
- Zədələyici oxlu hissələrdən ibarət mərmilər
- İdarə edilən mərmilər
Topun uzunluğu döyüş vəziyyətində 12300 mm, hündürlük 2000 mm, yürüş vəziyyətində yoldan hündürlüyü 380 mm, gediş eni 2400 mm-dir. Topun yedəyə alınıb, aparılması üçün “Ural”, “Kamaz” və digər iri yük maşınlarından və AT-T, ATC, ATC-59, MT-T tırtırlı artilleriya yedəkləyicilərindən istifadə olunur.
Hazırda D-20 haubitsa-topu keçmiş Sovet məkanı ölkələrinin, həmçinin Çin, Misir, Hindistan və digər dövlətlərin cəbbəxanasına daxildir.
D-44 topları
85 mm-lik “D-44” diviziya topu SSRİ Silahlı Qüvvələrində istifadə edilən 76 mm-lik M1942 topunu əvəz etmək məqsədilə hazırlanmışdı. Yedəkdə daşınan silahdan 1946-1954-cü illərdə 10.918 ədəd istehsal olunub. Heyəti 6 nəfərdən ibarətdir.
Taktiki-Texniki Xüsusiyyətləri:
Ağırlığı: 1.725 ton
Uzunluğu: 8.34 m
Lülənin uzunluğu: 5.19 m
Eni: 1.68 m
Hündürlüyü: 1.42 m
Lülənin qalxma bucağı: -7º... +36º
Üfüqi tuşlama bucağı: 54º
Mərmi ağırlığı: 9.54-15.68 kq
Mərminin lülədən çıxış sürəti: 800-1.030 metr/saniyə
Atış tezliyi: 20-25 atış/dəqiqə
Atəş məsafəsi: 1.5-15.82 km
Yedək maşını: MT-LB
Hərəkət sürəti: 60 km/saat