Raketlər
“LORA”
“LORA” (Long-Range Artillery Missile) operativ-taktiki raket kompleksi İsrail Aerokosmik Sənayesi (IAI) şirkətindən alınıb.
Təkmilləşdirilən birpilləli, sərt yanacaqlı kvaziballistik trayektoriyalı operativ taktiki raketlərin hazırlanmasına 2003-cü ildə başlanılıb. 2004-cü ildə Aralıq dənizində uğurlu sınaqları keçirilib. Raketin daha üzunmənzilli versiyasının sonrakı müvəffəqiyyətli sınaqları 2006-cı ildə reallaşıb və elə həmin ildə “Eurosatory” sərgisində, 2007-ci ildə isə Paris Aviaşousunda nümayiş etdirilib.
LORA raketləri düşmən qoşunlarının müdafiəsinin əməliyyat dərinliklərində xüsusi mühüm obyektlərə: HHM batareyalarına, yerdəki təyyarə və helikopterlərinə, hərbi hissələrin ehtiyat və cəmləşmə rayonlarına, komanda məntəqələrinə, atəş vasitələrinə (artilleriya və dəqiq atəş qurğularına), infrastruktur elementlərinə (idarəetmə məntəqələrinə, rabitə qovşaqlarına, elektrik stansiyalarına, bazalarına, rabitə qovşaqlarına) və sənaye infrastrukturunun əhəmiyyətli obyektlərinə qəfil və dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulub.
Əsas taktiki və texniki xüsusiyyətləri:
Atəş məsafəsi: 30-400 km (döyüş başlığından asılı olaraq dəyişə bilir);
Hədəfdən yayınma ehtimalı: 10 m;
Döyüş başlığı:
Qəlpəli fuqas - 440 kq;
Nüfuzedici - 600 kq;
Daha böyük döyüş başlıqlı LORA-ların mənzili 250 kilometrdən az olur
Çəkisi: 1.7 t;
Uzunluğu: 5 m;
Çapı: 610 mm;
Uçuş yüksəkliyi: 45 km.
Raketin atışdan hədəfə qədər olan məsafəni 10 dəqiqədən az vaxtda qət etdiyi bildirilir. Universal atıcı qurğuya malik LORA kompleksi müxtəlif çaplı konteynerlərdən fərqli raketlərin buraxılmasını həyata keçirə bilir. Atıcı qurğu yük maşınlarına və döyüş gəmilərinin müxtəlif versiyalarına yerləşdirilir.
LORA raketləri hermetik atıcı-nəqliyyat konteynerlərində (TPK) yerləşdirilir və meydan şəraitində 7 il müddətinə qədər saxlanıla bilir. Kompleks 4 ədəd TPK paketi şəklində daşınır. LORA raketi GPS ilə inteqrasiya olunmuş ətalətli naviqasiya sistemi tərəfindən bütün uçuş trayektoriyası üzrə idarə edilir.
Kompleks dördoxlu, 8x8 təkər formuluna və yüksək keçiricilik qabiliyyətinə malik "KamAZ-6350" nəqliyyat vasitəsinin şassisi üzərində qurulub. Bu şassi yolsuzluq şəraitində yüksək manevr imkanlarına malikdir və maneələri dəfetmə qabiliyyəti digərlərindən fərqlənir.
LORA qutu formalı 4 hücrəli atıcıdan atılır. O, vasitənin üzərinə, yaxud qoşquya quraşdırıla bilər. Atıcının mühərriklərinin hamısı elektrikdir və hidravlik deyil. Atıcı 0 dərəcədə daşınan qurğu uzərində mövqeyə yerləşdirilir və raketlər 60-90 dərəcə bucaq altında buraxılır.
LORA vasitəsilə döyüş gəmilərindən atəş açaraq, quruda yerləşən uzaq məsafəli hədəfləri də vurmaq mümkündür.
LORA-nın idarəetmə sistemi GPS yardımlı daxili naviqasiya sistemidir. GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilir, ehtiyac yarandıqda trayektoriyaya düzəlişlər edilir. O, həm də terminal mərhələ zamanı videokameranın bələdçiliyi ilə operatorun seçdiyi hədəfə doğru birbaşa yönələ bilər. Məlumata görə, çox yüksək dəqiqliyə sahibdir – 10 m/CEP. Yüksək dəqiqlik "Navstar" kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku GPS, TCS və datalink hesabına hədəfdən yayınma ehtimalını 10 metrə qədər azaldır ki, bu da LORA-nı sinfinin ən dəqiq raketlərindən birinə çevirir.
Raketin bir neçə müxtəlif təyinatlı modifikasiyası mövcuddur. Məsələn, özütuşlanan kiçik kalibrli kumulyativ raketlə zirehli texnikaları və ya aerodromdakı aviasiyanı məhv etmək mümükündür.
Raketlərin buraxılışı nəqliyyat-atıcı konteynerlərinin şaquli vəziyyətində həyata keçirilir. İlkin mərhələdə uçuş dörd nəzarət sensoru ilə nizamlanır və sabitləşdirilir. Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər.
TRLG-230 lazerlə idarəolunan raket sistemi
Taktiki-texniki xüsusiyyətləri:
Kalibr: 230 mm
Maksimum məsafə: 70 kilometr
Minimum məsafə: 20 kilometr
Çəki: 210 kiloqram
İdarə oluması: GP, GPS dəstəkli İNS (inersial naviqasiya sistemi), lazer axtarıcısı
Nəzarət: Elektromexaniki ötürmə sistemi ilə aerodinamik nəzarət
Yanacaq növü: Qatı kompozit yanacaq
Döyüş başlığının çəkisi: 45 kiloqram
Döyüş başlığının effektiv təsir radiusu - 55 metrdən çox
Döyüş başlığının növü - fuqas, polad diyircək
Partladıcının növü - zərbə təsirli və məsafəli
Dəqiqlik (xəta məsafəsi): 30 metrdən az
Türkiyənin “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRLG-230 lazerlə idarə olunan raket sistemləri PUA-lar tərəfindən lazerlə işarələnən hədəflərə dəqiq zərbələr endirmək üçün nəzərdə tutulub. Raket sistemləri orduya istər hərəkətdə olan, istərsə də sabit hədəfləri yüksək dəqiqliklə məhv etmək imkanı verir.
TRLG-230 raketləri yerli və milli resurslarla istehsal olunub. Sınaqlar zamanı “Bayraktar TB2” PUA-ları tərəfindən lazerlə işarələn hədəfləri dəqiqliklə məhv edib. PUA-lar ASELSAN şirkəti tərəfindən istehsal edilən lazer işarələyicidən istifadə edirdi. Bundan başqa, hədəfin lazer işıqlandırılması üçün yerüstü lazer hədəfgöstəricilərdən də istifadə oluna bilər.
Həmçinin, türkiyəli ekspertlər raket sistemlərinin digərləri ilə müqayisədə olduqca ucuz başa gəldiyini deyirlər.
TRLG-130 raketləri 20-70 kilometr məsəfadə yerləşən hədəflərə intensiv və təsirli zərbə endirmək qabiliyyətinə sahibdir. Raketlər “Roketsan” şirkəti tərəfindən istehsal edilən ÇNRA, T-122/300, ÇKRA-122/300 Yaylım Atəşli Reaktiv Sistemlərindən və digər uyğun interfeysli silah sistemlərindən atıla bilər. Şassi qismində Rusiya istehsalı KAMAZ-63501 yük avtomobilinin platforması, idarəetmə sistemi olaraq isə “BORA” istifadə edilib.
230 mm-lik raketlər ətraf mühitin mənfi şərtlərinə və nəmə qarşı izolyasiya edilib. Raketlər hava limanları, toplaşma mərkəzləri, logistika təsisatları, düşmənin artilleriya və hava hücumundan müdafiə sistemləri, komanda-nəzarət və kommunikasiya mərkəzləri və digər kritik hədəfləri məhv etmək üçün nəzərdə tutulub.