Tanklar
T-72 “Aslan”
Taktiki-texniki xüsusiyyətləri:
Ağırlığı: 41.5 ton (44.5 ton T-72B)
Zireh: Polad və kompozit zireh. Ön 550mm RHA T-72M1 Kompozit, Polad
Sürət: 60 km/saat
Güc nisbəti: 18.8 ag/ton
Əsas silah: 125 mm 2A46M/2A46M-5 yivsiz top
Köməkçi silah: 7.62 mm PKT pulemyotu, 12.7 mm NSVT pulemyotu
Uzunluğu: 9.53 m
Eni: 3.59 m
Hündürlüyü: 2.23 m
Ekipaj: 3
"Aslan"ın standart T-72A və T-72M1-dən əsas fərqi müasir nişangah komplekslərinin və elektron avadanlıqların təkmilləşdirilməsindən ibarətdir. "Aslan" tankının rəqəmsal ballistik hesablama kompüteri, hədəf izləmə avtomatı və atəş şərtləri sensorları hədəfləri daha dəqiq bir şəkildə vurmaq üçün uyğunlaşdırılıb. Kompüter hədəfin hərəkətini, tankın sürətini, döyüş sursatının tipini, havanın temperaturunu və bir çox digər parametrləri nəzərə alaraq, atəş göstəricilərini və mərminin trayektoriyasını hesablayır. Bu vasitələr tankın komandirinə və tuşlayıcısına gecə şəraitində belə effektiv döyüş fəaliyyətlərinin həyata keçirilməsinə imkan verir.
Tankın sürücü-mexaniki gecə və məhdud görmə şəraitində zirehli vasitəni inamla idarə etmək üçün termal görüntüyə imkan verən cihazlarla təchiz olunub.
Tankda mövcud olan keçmiş sovet radiostansiyalarının əvəzinə NATO standartlarına uyğun rabitə vasitələri quraşdırılıb. "Aslan"ın təchiz edildiyi "Özümün-özgənin" identifikasiya və GPS naviqasiya sistemi Rusiya tanklarının əksəriyyətində hələ də yoxdur.
Çox sayda yeniliklərlə bərabər, "Aslan" tanklarının mühərriki və dinamik mühafizəsi də dəyişdirilməli idi. Kifayət qədər resursların mövcudluğu 2013-cü ildə Azərbaycana 100-ə yaxın müasir T-90 SA tankları almağa imkan verdi.
T-90S
Taktiki-texniki xüsusiyyətləri:
Ağırlığı: 46,5 - 50 ton
Şose sürəti: 65 km/s (yolda)
Əsas silah: 9M119M “Refleks-M” mərmisi ata bilən 125 mm-lik 2А46М-5 yivsiz top
Köməkçi silah: 7,62 mm-lik Pkt pulemyotu, 12,7 mmlik NSVT hava müdafiə pulemyotu
Uzunluğu: 9,53 m (lülə ilə birlikdə), 6,86m (ancaq gövdə)
Eni: 3,37 m
Hündürlüyü: 2,23 m
Ekipaj: 3 nəfər
T-90S modelləri 2001-ci ildə yaradılıb. Tankın ekipajı 3 nəfərdən (sürücü, tuşlayıcı, tank komandiri) ibarətdir. Bu tanklarda “T-80” tankından götürülən 1G46 nişangahı, hava hədəfləri üçün “PZU-7” teleskopik nişangahı, “ESSA” termal atəş nişangahı, “Buran-PA” gecə atəş nişangahı, infraqırmızı və lazer nişangahları, “T01-K04” və ya “PNA-4C-01” komandir üçün nişanalma və müşahidə sistemləri, “Kontakt-5” partlayıcıya həssas dinamik zirehi, “Kalina” adlı avtomatik hədəf izləmə sistemi var.
NBC qoruma və daha güclü mühərrikə sahib olub, digər Rusiya tankları kimi alçaq profilə malikdir.
Tanka 1 kVt-lıq “AB-1-P28” generatoru da quraşdırılıb.