Aviasiya
"Su-25"
SSRİ-də istehsal edilən iki mühərrikli, tək oturacaqlı hücum və hava dəstək təyyarəsidir. Sovet Quru Qoşunlarını yaxın hava dəstəyilə təmin etmək məqsədilə konstruksiya olunub. İlk prototipin uçuş testləri 22 fevral 1975-ci ildə keçirilib. Sınaqları uğurla tamamladıqdan sonra 1978-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı olan Tiflis şəhərində istehsalına başlanıb.
Taktiki-texniki xüsusiyyətləri:
Ekipaj: 1 nəfər
Uzunluğu: 15.53 m
Qanad genişliyi: 14.36 m
Hündürlüyü: 4.80 m
Boş çəki: 9,800 kq
Yüklü çəki: 14,440 kq
Maksimum qalxma ağırlığı: 19,300 kq
Güc təminatı: 2 ədəd Soyuz/Gavrilov R-195 mühərriki
Maksimum sürət: 975 km/saat
Məsafə: 1000 km
Döyüş radiusu: 750 km
Uçuş tavanı: 7 km
Yüksəlmə sürəti: 58 m/s
Maksimum g-yüklənmə: +6.5 g