Zirehli döyüş maşınları

"PDM-1"

Sovet istehsalı olan brinci nəsil piyadaların döyüş maşınıdır (PDM). Piyadanın döyuş maşını piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. "PDM-1" yaxşı hərəkətlilik və manevr qabiliyyətinə malikdir. Mühərrikin gücü 300 a/g, kütləsi 13 ton, hər ton kütləyə görə xüsusi kütləsi 23 a/g, maksimum sürəti irəliyə 65 km/saat, geriyə isə 10 km/saatdır.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ağırlığı: 13.2 ton

Zireh: 6-33 mm

Sürət: 65 km/s (yolda) 45 km/s (yolsuzluq şəraitində) 7-8 km/s (suda)

Güc nisbəti: 22.7 AG/ton (17 kVt/ton)

Əsas silah:

73 mm 2A28 “Qrom” yarıavtomatik top;

9M14 “Malyutka” TƏİR

Köməkçi silah: 7.62 PKT pulemyotu

Uzunluğu: 6.735 metr

Eni: 2.94 m

Hündürlüyü: 2.068 m

Ekipaj: 3 (komandir, sürücü-mexanik, atıcı) + 8 nəfər

“PDM-1” ön tərəfdən 12,7 mm. çaplı pulemyot atəşindən demək olar ki, tamamilə qorunur, digər hissələrin zirehi isə yalnız 7,62 mm.-lik pulemyot güllələrindən qoruyur. “PDM-1”in zireh qorunmasının həm güclü, həm də zəif cəhətləri mövcuddur: əsas silah olan topun yuvasında maksimum zireh qalınlığı 33 mm.-dir, bu isə tank və zenit silahlarından qorumanı demək olar ki, təmin etmir.

Digər tərəfdən isə, güclü mühərrik və 13 tonluq yüngül çəki ilə istənilən ərazidə yüksək hərəkətlilik qabiliyyəti ona düşmən atəşindən qismən yayınmağa və zireh zəifliyini müəyyən qədər kompensasiya etməyə imkan verir. Müasir ümumqoşun döyüşündə bunlar artıq istisnadır və “PDM-1” maşınının sağ qalma ehtimalı çox aşağıdır.


"PDM-2"

Sovet istehsalı olan ikinci nəsil piyadaların döyüş maşınıdır (PDM). Piyadanın döyuş maşını piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. 1960-cı ildə istehsal olunan PDM-1-in xələfi olan bu maşının istehsalına 1980-ci ildə başlanıb.

Taktiki-Texniki Xüsusiyyətləri:

İstehsalçı ölkə: SSRİ/Rusiya

İstehsalçı firma: Kurqanmaşzavod

İstehsal tarixi: 1980 – 2008

Ağırlıq: 14.3 ton

Ekipaj: 3 nəfər

Desant heyəti: 7 nəfər

Ölçülər

Uzunluğu: 6.73 m

Lülənin uzunluğu: 3 m

Eni: 3.15 m

Hündürlüyü: 2.45 m

Klirens: 0.42 m

Qorunma

Zireh qalınlığı: 33 mm yayılmış homogen polad

81 mm sis bombaları

Performans

Zəminə təzyiq: 0,66 kq/sm ²

Xəndək keçmə: 2.5 m

Divar dağıtmaq: 0.7 m

Qalxma dərəcəsi: 35º

Motor: UTD-20S1 dizel

Gücü: 300 a.g.

Maksimal sürət: 65 km/saat

Mənzili: 600 km

Dayandırılması: 1-2 və 6 ikitərəfli hidravlik teleskopik amartizatorlar və fərdi burulma barı

Silahlanma:

  • 30 mm 2A42 avtomatik top qurğusu
  • 7.62 mm PKT pulemyotu
  • Bundan əlavə, 4 ədəd “Faqot” və ya “Konkurs” tank əleyhinə idarə olunan raketlər ilə silahlanır.

Sovet Ordusunda PDM-lərdən adətən motoatıcı taborların tank alaylarında istifadə edilirdi. Tipik motoatıcı bölmədə bir motoatıcı alay PDM-lərdən, digər iki alay isə ZTR-lərdən təşkil olunurdu. Şərqi Almaniya Ordusunun bəzi motoatıcı bölmələrinin isə hər üç alayı PDM-lərdən təşkil edilirdi.


"PDM-3"

Piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Başqa qoşun növləri üçün də modernizə edilmiş nümunələri olan bu maşın “Kurqanmaşzavod” istehsalat birliyində istehsal olunub. Silah kompleksi “KBP” (Tula) tərəfindən işlənilib. Maşının korpusu yanlardan şəxsi heyəti qəlpə və atıcılıq silahından, üz hissəsi isə 30 mm-lik mərmilərdən qoruyur. Bundan əlavə, maşının tüstü pərdəsi qoyma imkanı da var.

Taktiki-Texniki Xüsusiyyətləri:

İstehsalçı ölkə: SSRİ/Rusiya

İstehsalçı firma: Kurqanmaşzavod

İstehsal tarixi: 1987 – davam edir

Xidmətə giriş ili: 1987

Ağırlıq: 18.7 ton (+4 ton dinamik zireh)

Ekipaj: 3 nəfər (komandir, tuşlayıcı, sürücü-mexanik)

Desant: 7+2 nəfər

Ölçüləri:

Uzunluğu: 6.7 m

Lülə daxil olmaqla: 7.2 m

Lülənin uzunluğu: 3.9 m

Eni: 3.3 m

Hündürlüyü: 2.3 m

Klirens: 0.45 m

Müdafiə

Zireh: 60 mm alüminium ərintisi + polad

Aktiv müdafiə sistemi: “Arena”

Müdafiə sistemləri: “TŞU-2” və “Ştora-1”

Dinamik zireh: “D3”

81 mm ZD-6M sis bombaları

Performans

Zəminə təzyiq: 0,60 kq/sm ²

Xəndək keçmə: 2.2 m

Maneə keçmə: 0.8 m

Qalxma bucağı: 30º

Motor: UTD-32 dizel

Güc: 660 at gücü

Sürət: Şossedə: 72 km/s (Şossedə);10 km/s (Suda).

Döyüş radiusu: 600 km

Asqı tipi: burulma bar

Silahlanma

2A70 tipli 100 mm-lik reaktiv top qurğusu;

1 ədəd 30 mm-lik “2A72” avtomatik top qurğusu

7.62 mm “PKT” pulemyotu

8 ədəd 100 mm-lik 9M117M1 “Kastet” tank əleyhinə idarə olunan raket

Desant üçün silahlanma

1 ədəd RPQ-7(RPQ-16) qumbaraatanı

5 ədəd reaktiv RPQ-18(RPQ-22) qumbarası

2 ədəd 9K38 İqla daşınan zenit-raket kompleksi

Bundan əlavə, 100 mm-lik 2A70 top qurğusundan kumulyativ və qəlpələnən mərmilərdən başqa, 9M117 “Bastion” TƏİR-dən də atəş açmaq mümkündür.


"ZTR-70" / "ZTR-70M" (“Şimşək”)

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin üzərində əsaslı sürətdə modernizasiya və təkmilləşmə apardığı “ZTR-70” yeni döyüş qabiliyyəti qazanıb. Belə ki, zirehli transportyorun üzərində yerləşən yerli istehsal “Şimşək” qülləsində 23 və ya 30 mm-lik 2A14 tipli avtomatik top və 7.62 mm-lik PKT pulemyotu yerləşdirilir ki, bu da döyüş zamanı heyətə atəş üstünlüyü qazandırır.

Maşının silah kompleksinə 500+500 patron daxildir. Maşının üfüqi tuşlama bucağı 360 dərəcə, şaqüli tuşlama bucağı isə +90 dərəcədən -20 dərəcəyə qədərdir. Döyüş modulunda yer alan topun nişan alma məsafəsi 2000 metr, pulemyotun isə 1500 metrdir. “Şimşək” modulunun üstün cəhəti gecə və gündüz görmə kamerası və termal kamerasının olmasıdır.

“Şimşək” modulu həmçinin lazer hədəf nişanlayıcısı, holoqrafik nişangah, ballistik kompüter və silah sistemlərinin idarə edilməsinə malikdir. Əsas xüsusiyyətlərindən biri isə atəşə mükəmməl nəzarət sisteminin olmasıdır.

Bu döyüş modulu öz universallığı ilə də analoqlarından fərqlənir. İstəkdən və şəraitdən asılı olaraq döyüş moduluna həm Qərb, həm də keçmiş sovet istehsalı olan 7.62, 12.7, 14.5, 20, 23 və 30 mm-lik çaplı pulemyot və topları yerləşdirmək mümkündür. Modulun konfiqurasiyasına əl ilə idarə edilən qüllə və RWS məsafədən idarə edilən silah sistemi daxildir. Modulun qorunma dərəcəsi STANAG 4569/AEP555 L1-L4, kütləsi konfiqurasiyadan asılı olaraq 700 kq ilə 1000 kq arasında dəyişir. Şəxsi heyəti qorumaq için döyüş maşını daxildən “Kevlar” zirehi ilə təchiz olunub. Bundan başqa, transportyorda standart naviqasiya sistemləri, GPS və kondisioner yer alır.

Taktiki-Texniki Xüsusiyyətləri:

Xidmətə qəbul edilməsi: 1980-ci il

Ölçüləri

Uzunluq: 7.53 m

Genişlik: 2.80 m

Hündürlük: 2.26 m

Ağırlıq: 11.5 ton

Zireh: 9 mm (öndə), 7 mm (yanlarda)

Mühərrik: Kamaz-740.11-240 turbo dizel

Güc: 260 a/g (176.5 kVt)

Sürəti

Quruda: 80 km/saat

Suda: 9 km/saat

Mənzili: 600–800 km

Silahlar

Əsas Silah: 14.5 mm KPVT pulemyot

Əlavə Silah: 7.62 mm PKT pulemyot


"ZTR-80" / "ZTR-82A"

"ZTR-80" Sovet istehsalı zirehli döyüş maşınıdır. 1986-cı ildə "ZTR-60" və "ZTR-70" kimi köhnə modelləri əvəzləmək üçün istehsala başlayıb.

"ZTR-82A" zirehli transportyoru təkərli olduğundan, manevr imkanları daha çevikdir. Qarabağda döyüşlərdə iştirak edən zabitlər bu texnikanın həmin ərazilər üçün uyğun olduğunu deyirlər. Bu zirehli maşınlardan 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə də istifadə olunub.

"ZTR-82A" zirehli transportyorlarında əvvəlki partiyalarını istifadə edən Azərbaycan hərbçilərinin tələbi və təklifilə maşınlarda istehsalçı müəssisə tərəfindən bəzi təkmilləşdirmələr aparılıb. Nəticədə zirehli transportyorun döyüş imkanları yüksəldilib.

“ZTR-82A”nı özündən əvvəlki zirehli transportyorlardan fərqləndirən cəhətlərdən ən əsası onun daha güclü mühərriklə təmin olunması və zirehinin gücləndirilməsidir. Maşının qəlpələrə qarşı müdafiəsi korpusun daxili səthlərinə əlavə edilmiş müasir sintetik materiallar vasitəsilə yüksəldilib. Zirehli transportyorun məsafədən idarə olunan döyüş modulunda əsas silah kimi 30 mm.-lik 2A72 avtomat top (istifadəçinin istəyindən asılı olaraq 14.5 mm-lik KPVT də olur), ikinci silah qismində 7.62 mm-lik PKTM pulemyotu işlədilir. Unifikasiya edilmiş modulda yerli və xarici istehsal olan digər artilleriya silahları da qurula bilər. Döyüş modulunda müasir müşahidə və nişangah sistemləri tətbiq olunub.

Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq, “ZTR-82A” kondisioner, beşinci nəsil müasir rabitə vasitələri, “Trona-1” topoqrafiya səmt sistemi, GLONASS/NAVSTAR peyk naviqasiya sistemi (ərazinin elektron xəritəsi daxil olmaqla), müasir gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah ilə təchiz edilib. Bundan əlavə, transportyorda 5 kVt-luq generator da quraşdırılıb. Bu da mühərriki işlək olmayanda belə, bütün sistemləri enerjilə təmin edə bilir. Bunların sayəsində transpartyorun səmərəliliyi 2,5 dəfə artıb və gecə-gündüz rahat döyüş aparılmasına imkan yaranıb.

Taktiki-Texniki Xüsusiyyətləri:

İstehsalçı ölkə: Rusiya

İstehsalçı firma: Arzamas Maşınqayırma Zavodu

Tip: Zirehli transportyor

İstehsal tarixi: 2011 – davam edir

İstismar tarixi: 2013 – günümüzədək

Döyüş çəkisi: 15.4 ton

Heyət: 3 nəfər (sürücü-mexanik, tuşlayıcı, komandir)

Desant: 7 nəfər

Ölçüləri

Uzunluğu: 7.58 m

Lülənin uzunluğu: 3 m

Eni: 2.98 m

Hündürlüyü: 2.72 m

Klirens: 0.475 m

Təkər formulu: 8x8/4

Şinlərin ölçüsü: 1150/400/R457 Kİ-126

Müdafiə

Zireh tipi: tökmə homogen polad

81 mm tüstü bombaları

Zirehli şinlər

Hərəkət qabilliyəti

Dalış dərinliyi: 9 km/saat sürət ilə üzən

Xəndək keçmə: 2 m

Maneə keçmə: 0.5 m

Keçə bildiyi yoxuş bucağı: 30º

Mühərrikin növü: Kamaz-740.13-300 dizel

Mühərrikin gücü: 300 at gücü

Sürətlər qutusu: 5 pilləli mexanika

Maksimal sürət: 100 km/saat (Şossedə), 40 km/saat (Yolsuzluqda)

Gediş məsafəsi: 600 km (Şossedə), 200/500 km (Yolsuzluqda)

Asqı tipi: müstəqil burulma bar və 12 ədəd hidravlik amortizator

Optik sistemlər

Komandirin optik və idarəetmə sistemi: ТКН-АИ

Panoramik baxış sistemi: ТКН-4ГА-02

Silahlanma

1 ədəd 30 mm-lik “2A72” avtomatik top qurğusu

1 ədəd 7.62 mm “PKTM” pulemyotu Kalibr: 7.62 mm


"MT-LB"

MT-LB (Yüngül zirehli, çoxməqsədli dartı nəqliyyatı, ŞT-YZ) Sovet istehsalı amfibiya tipli zirehli personal daşıyıcısıdır. İstehsalına 1960-cı illərin sonunda başlanıb. Bu texnika ərb ölkələrində “M1970” adı ilə tanınır.

Tipi: Zirehli personal daşıyıcı

Ölkə: SSRİ

İstismar illəri: 1964 - davam edir

Taktiki-Texniki Xüsusiyyətləri:

Ağırlığı: 11.9 ton

Zireh: 14 mm

Sürət:

- 61 km/saat (yol şəraitində)

- 30 km/saat (yolsuzluq şəraitində)

- 6 km/saat (suda)

Güc nisbəti: 20 a.g./ton

Əsas silah: 7.62 mm PKT pulemyotu

Uzunluğu: 6.45 m

Eni: 2.86 m

Hündürlüyü: 1.86 m

Ekipaj: 2 (+ 11 sərnişin)

 

“Matador”

“Matador” Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyordur. CAR, Azərbaycan və Qazaxıstan tərəfindən 2008-ci ildən hazırkı dövrə qədər aktiv şəkildə istifadə edilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Çəkisi: 17 ton

Yükgötürmə qabiliyyəti: 6 ton

Ekipaj: 2 nəfər

Desant: 12 nəfər

Ölçülər

Uzunluğu: 7.27 m

Eni: 2.48 m

Hündürlüyü: 2.78 m

Klirens: 0.42 m

Konfiqurasiya: 4x4

Şinlərin bazası: 4.2 m

Şinlərin ölçüsü: 14.00 R20

Dönmə radiusu: 20 m

Performans

Dalış dərinliyi: 0.9 – 1.4 m

Xəndək keçmə: 0.85 m

Şaquli maneə keçmə: 0.5 m

Qalxma bucağı: 60% +

Güc-ağırlıq dərəcəsi: 19.3 at gücü/ton

Mühərrik: Cummins ISBe4 turbo-dizel

Gücü: 300 a.g.

Maksimal sürət: 120 km/saat

Mənzili: 700 km

Sürətlər qutusu: 12 pilləli avtomat-tiptronik

Asmanın tipi: Ressorlu, eninə müstəqil sabit stalibizator və hidravlik amartizator

Sükan gücləndiricisi: Hidrogücləndirici

Ön əyləc sistemi: Diskli, havadəyişən

Arxa əyləc sistemi: Barabanlı

ABS: Var

Elektrik avadanlıqları: 24 V

Kondisioner: 15 kW compressor

Müdafiə

İkiqat kompozit zireh üstün balistik müdafiə təmin edir. Maşının balistik müdafiəsi NATO-nun STANAG 4569 Level 3 (12.7x99 mm çaplı mərmi, 60 metr məsafədə 155 mm-lik mərmi partlayışı), minaya qarşı qorunması STANAG 4569 Level 4A və 4B (korpusun altında 21 kq, təkərin altında 14 kq, ön və yanında isə 50 kq TNT partlayışına) səviyyəsinə uyğundur.

Bundan başqa, transpartyora aktiv müdafiə sistemi və dinamik zireh əlavə etmək olar.

Silahlanma

Üzərindəki döyüş modulu: İsrailin “Rafael” şirkətinin istehsal etdiyi “Samson” məsafədən idarə olunan döyüş modulu və Rusiya istehsalı olan 14.5 mm-lik “KPVT” ağır pulemyotu.


“Marauder”

Marauder — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyordur. Bu maşın ilk dəfə 2007-ci ildə Əbu-Dabi şəhərində keçirilən İDEX hərbi-sənaye sərgisində təqdim olunub.

STANAG 3a və 3b səviyyəli zireh dözümünə malik olan “Marauder” 2011-ci ildə öz sinfində dünyada ən möhkəm zirehli transpotyor elan olunmuşdu. “Marauder” kütləvi qırğın silahından müdafiə sistemi, yardımçı güc qurğusu, əldəqayırma partlayıcı maddələrin siqnallarını pozmaq üçün xüsusi mühəndis qurğusu və müxtəlif silah növlərilə təchiz olunur.

ZTR-ə -32˚ və +55˚ C temperaturda şəxsi heyətin rahatlığını təmin etmək üçün xüsusi hazırlanmış İqlim-Nəzarət Sistemi quraşdırılıb. Partlayış zamanı şəxsi heyəti qoruyan əlavə vasitələrdən biri də xüsusi formalı oturacaqlardır.

“Marauder” zədələnmiş təkərlə 50 km-lik məsafədə hərəkətini davam etdirmək imkanına sahib olduğunu sınaqlarda sübut edib. Transportyorun bir neçə növü mövcuddur: PDM, Komanda Məntəqəsi, Gözətçi maşını, Mühəndis maşını, tibb avtomobili. Ekipajı 2 nəfərdən ibarət olan MARAUDER 8 nəfərlik tam döyüş təchizatlı şəxsi heyəti (xüsusi təyinatlını) daşıya bilir.

Azərbaycan Silahlı Qüvvələri “Marauder”i 2010-cu ildən etibarən öz silahlanmasına daxil edib. Ordumuzun silahlanmasında bu maşın İsrailin “Rafael” şirkətinin istehsalı olan “Samson” məsafədən idarə olunan döyüş modulu və ABŞ istehsalı olan 12.7 mm-lik “M2 Browning” ağır pulemyotu ilə təchiz edilib.

Ağırlığı 15 ton olan maşın 120 km/saat sürətlə hərəkət edə bilir.

 

“SandCat”

Bir çox məqsədlər üçün istifadə edilə bilən “Sand Сat” zirehli maşınları “Plasan” şirkətinin istehsal etdiyi uğurlu məhsullardan biridir. Prototiplər İsraildə və ABŞ ordusunun Merilend şəhərindəki Aberdin təlim poliqonunda sınaqdan keçirilib. 4x4 təkər formuluna sahib olan, “Ford F” avtomobilinin bazasında hazırlan zirehli maşınların inkişafı 4 mərhələdən keçib. “Sand Cat” tam monokok struktura malik, minaya davamlı yüngül zirehli vasitədir. Layihəsi mühəndis Nir Kahn tərəfindən 2004-cü ildə hazırlanıb. Hazırda bu vasitələrin 4-cü nəsli istehsal edilir.

Son nəsil “Sand Cat” maşınlarının Taktiki-Texniki Xüsusiyyətləri:

Uzunluğu: 5000/5590 mm;

Yerdən yüksəkliyi: 2800 mm;

Genişliyi: 1995 mm;

Təkər bazası: 2946/3429 mm;

Son konfiqurasiya: (2+2+6);

Daxili həcm: 7.7 m³;

Kütləsi (zireh dəsti daxil olmaqla): 6000-6700 kq;

Yüklənmə qabiliyyəti: 1300-2100 kq-ə qədər;

Ümumi kütləsi: 8845 kq;

- Xarici anten;

- GPS sistemi;

- Mərkəzi hava doldurma sistemi;

- Ön və arxa kamera;

- 3 sabit pilləkən (avtomobilin damına qalxmaq üçün);

- Dönən qüllə;

- GPS və sensor ekranlı displey.

Ekipaj variantdan asılı olaraq, 10 nəfərə qədərdir. Oturacaqlar təhlükəsizlik kəmərinə malikdir. Zireh mühafizə standartı səviyyəsinə və ya sifarişə görə dəyişir. Tam zirehli korpusda müxtəlif səviyyələrdə təhdidlərin qarşısını almaq üçün zireh polad, keramika, kevlar və kompozit qarışığından ibarət materialdan istifadə edilir. Uzaqdan idarə edilən silah modulları sifarişə görə quraşdırılır.

Avtomobildə 350 at gücünə malik 6.7 L həcmində gücləndirilən V8 dizel mühərrikdən istifadə edilir. Maksimum sürət 160 km/saatdır, lakin təhlükəsizlik baxımından sürət elektron sistem tərəfindən 120 km/saata qədər məhdudlaşdırılıb.

Son nəsil “Sand Cat”ın yanacaq çənlərinin tutumu 150 litr, ehtiyat gediş məsafəsi 500-550 km.-dir. 2100 kq-a qədər yük daşıma qabiliyyətinə malikdir. 6 pilləli avtomatik (bəzi erkən modellərdə 5 pilləli) “Ford Torqshift” sürətlər qutusu ilə təchiz olunub. Asqının ön tərəfində spiral yay və amartizatorlardan, arxa tərəfində isə ressor və amartizatorlardan istifadə edilir.

2005-ci ilin oktyabr ayında AUSA sərgisində ilk dəfə “Sand Cat” avtomobilləri “Caracal” adı ilə açıq şəkildə ictimaiyyətə təqdim edilib. İsrailin “Plasan Sasa” (indiki “Plasan”) şirkəti tərəfindən “Ford F” seriyasının bazasında hazırlanan kompozit “Sand Cat” zirehli vasitələrinin son 4-cü nəsli isə ilk dəfə “Eurosatory 2018”də nümayiş olunub.

Bu avtomobillərin müxtəlif versiyaları beş qitədə ən azı 16 ölkənin Silahlı Qüvvələri, polis və daxili qoşunları tərəfindən istifadə edilir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.