Zəfərin yolu
Abbas Səhhətin məşhur“Vətən” şeiri “Bayatı Şiraz” muğamının üstündə bir çox görkəmli sənətçilər tərəfindən ifa edilib. Bəstə 1977-ci ildə bir məhəllə cocuğunun, sonralar “Qarabağ bülbülləri”ndən biri olan 14 yaşlı Tacirin ifasında bütün Azərbaycanın könlünü fəth edib. Sonralar Türkiyənin sabiq dövlət başçısı Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasında bu mahnın dinləyib. İfa Dəmirəlin çox xoşuna gəlib və prezident seçiləndən sonra o, Sara xanımla görüşüb.
İllər sonra "Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim!" Qarabağın tacı Şuşanın Cıdır düzündə keçirilən...