Zəfərin yolu
Malayziyanın BERNAMA Agentliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın rayonuna daxil olması barədə xəbəri yayıb.
“Azərbaycan Ordusu 28 ildən sonra Laçın rayonuna daxil olub” adlı xəbərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla dekabrın 1-də Ordumuzun bölmələrinin bu rayona daxil olduğu barədə məlumat verilib.
Müdafiə Nazirliyinin məlumatından gətirilən sitatda deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistanın baş naziri...